Sumqayıtda sürət qatarı qadını vurub
Bu gün sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qadın xəsarət alıb.
Qubanın Xarovşa kəndində 1952-ci il təvəllüdlü Məmmədov Ağarza Əsgər oğlu sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2106" markalı avtomobillə örüş sahəsindəki torpaq örtüklü yolda Həsənova Zahidə Hacı qızını vurub. Nəticədə piyada ölüb.
Qusarda isə “VAZ” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb.
Vüsalə Cənnətova