Sumqayıtda qəza olub, ölən və yaralanan var
2021-06-03 12:05
Bakı-Sumqayıt yolunun 17-ci kilometrliyində "Toyota Prius" markalı avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində, minik avtomobilinin sürücüsü - 1989-cu il təvəllüdlü Aqil Məmmədov ölüb. 2001-ci il təvəllüdlü sərnişin Ruslan Səmədov xəsarət alıb.
Nərgiz camal