Sumqayıtda bıçaqlanma faktları olub
Sumqayıtda, “Daş bazarı” adlanan ərazisində 1975-ci il təvəllüdlü Teymur Mustafayev və 1990-cı il təvəllüdlü Emin Qədimov ilə bir-birilərinə bıçaq xəsarətləri yetiriblər. Şəhərdə daha bir bıçaqlanma hadisəsi də baş verib. 2010-cu il təvəllüdlü Əli Qurbanzadə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirməkdə 1938-ci il təvəllüdlü Şahhüseyn Qənbərov şübhəli bilinir. Faktlar araşdırılır.
Nərgiz Camalzadə