Sumqayıtda avtomobil 61 yaşlı kişini vuraraq öldürüb
Sumqayıtın Sülh küçəsində yolu keçmək istəyən 61 yaşlı Mahmudov İmran Sadiq oğlunu avtomobil vurub. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.