Sumqayıtda 74 yaşlı velosipedçini maşın vuraraq öldürüb
Sumqayıtda ağır yol nəqliyyat hadisəsi baş verib. “Lada Priora” markalı avtomobil velosipedçini vurub. 1950-ci il təvəllüdlü Həmid Cəfər oğlu Cəfərov hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Azad Mustafayev