Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə oktyabrın 2-də 21 şagirdin qida zəhərlənməsi ilə bağlı baş vermiş hadisə üzrə araşdırmalar yekunlaşıb.AQTA-nın məlumatına görə, araşdırma zamanı şagirdlərin yararlılıq müddəti bitmiş qənnadı məhsulları istehlak etdiyi müəyyən edilib. Zərərçəkmişlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qida zəhərlənməsinə səbəb ola bilən qızılı stafilokok bakteriyası aşkarlanıb. AQTA vətəndaşları qida məhsullarının yararlılıq müddətinə, etiket məlumatlarına və saxlanma şəraitinə diqqət yetirməyə çağırıb.
20 oktyabr 2026

