Sumqayıt və Bakıda oğurluq edən şəxslər saxlanılıb
Sumqayıtda bir nəfərin bank hesabından 13 min 100 manat pul oğurlanıb. Polis əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayevi saxlayıb.
Bakıda isə qadının çantasını oğurlayan şəxs tutulub. İçərisində 2000 ABŞ dolları olan çantanı oğurlayan Bakı şəhər sakini olan qadındır. Araşdırmalar aparılır.
Fərid Mehdiyev