Sumqayıt sakinindən silah-sursat götürülüb
Sumqayıt şəhər sakininin üzərindən silah-sursat aşkarlanıb. 1993-cü il təvəllüdlü Rəmzi Əliyevdən 1 ədəd "Kalaşnikov” markalı avtomat, həmin avtomata məxsus 1 ədəd sandıq və 10 ədəd güllə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev