Sumqayıt sənaye parkında baş verən yanğın söndürülüb, hadisə ilə bağlı cinayət işi başlanıb

2021-04-29 10:12

Fövqəladə Hallar Nazirliyi Sumqayıt sənaye parkı ərazisində baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib. Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq qrupu yaradılıb. Yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib. Havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı normadan yüksək olub.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik