Subbakalavrların qeydiyyatı başlayıb
Azərbaycanda ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.Dövlət İmtahan Mərkəzinin məlumatına görə, elektron ərizələrin qəbulu avqustun 2-dək internet üzərindən aparılacaq.Namizədlər DİM-in saytında “Şəxsi kabinet” yaradaraq “Subbakalavrın elektron ərizəsi” formasını təsdiqləməlidirlər. Müəyyən olunmuş müddətdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. İştirak isə ödənişsizdir.
04 may 2026

