Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib
2020-09-15 16:08
Qazax rayonunda idarənin inzibati ərazisinə daxil olan Qarayazı Dövlət Təbiət Qoruğunda elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan rayon sakini Kərəm Mansurov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin balıqçılıqla məşğul olması üçün heç bir icazəsinin olmadığı məlum olub. Profilaktik tədbirlər davam etdirilir.
Vüsalə Camal