Stolüstü tennisçimiz Aylin Əsgərova Tbilisidə keçirilən yeniyetmələrin turnirində uğurla çıxış edir
17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçimiz iki qazaxıstanlı rəqibini də üstələrək adını yarımfinala yazdırıb. Təmsilçimiz sabah finala vəsiqə uğrunda Honkonq idmançısı ilə qarşılaşacaq.