Stolüstü tennis turnirində Azərbaycanlı tennisçi bürünc medal qazanıb
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynalxalq stolüstü tennis turnirində Azərbaycanlı tennisçi Onur Quluzadə 11 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb. 15 yaşadək tennisçilərin yarışında qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də bu gün mükafatlar uğrunda mübarizə aparacaq.