Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında
Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan toplanışında uğurla çıxış ediblər. Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer alaraq, Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.