Stolüstü tennisçilərimiz Avropa çempionatına hazırlaşır
2021-05-14 10:12
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq “Pro Tur” yarışlarında iştirak edəcəklər. Oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq turnirlərə qatılacaqlar. Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində keçiriləcək yarışda bacarıqlarını göstərəcəklər. Stolüstü tennisçilərin bu yarışlarda iştirakı iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.
Fərid Mehdiyev