Status-kvo həmişəıol qala bilməz – bmt-nin baş katibi

2020-07-23 10:04

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz”. Prezident İlham Əliyevə telefonla zəng edən BMT-nin Baş katibi Antonio Quterreş belə deyib. Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalardan narahat olduğunu və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edən baş katib hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb. Dövlət başçısı da BMT Baş katibinin status-kvo həmişəlik davam edə bilməz fikri ilə razı olduğunu və Ermənistanın 30 ilə yaxındır BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını xatırladıb. Prezident İlham Əliyev toqquşmaların işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verdiyini, Azərbaycan Ordusunun adekvat cavabı nəticəsində Ermənistanın hücumunun qarşısının alındığını və hazırda vəziyyətin nisbətən sabitləşdiyini diqqətə çatdırıb.

Vəfa Şairova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik