Sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadan dələduz saxlanılıb
İsmayıllıda sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb. O, vətəndaşlara yalan vədlər verib, pullar alıb. Mustafayev 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Zülfiyyə Telmanqızı