Sosial şəbkələrdə maliyyə piramidası ilə xeyli insanı aldadan şəxslər saxlanılıblar
Bir neçə İmişli sakini Rayon Polis Şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər. Xəlfəli kənd sakinləri Vüqar Qafarov və əmisi oğlu Bahadur Qafarov şübhəli şəxs qismində saxlanılıblar. Şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.