Sosial ödəniş təyin olunan müharibə veteranları, əlilləri və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb
Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı apanlıb. 20,6 min şəxs üçün məşğulluq tədbirləri görülüb. 6 min mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim edilib.
Fərid Mehdiyev