Sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb
2020-08-28 18:00
Paytaxtda “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər DİN tərəfindən nəzarətə götürülüb. Araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olub. Ofisin icarədarı 10 sutka həbs edilib, digər 4 nəfər isə 400 manat cərimə olunub.
Fərid Mehdiyev