Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı yekunlaşır
2020-06-09 16:06
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı elektron portalı vasitəsilə müraciətlərin qəbulu davam edir. Proses iyunun 10-da yekunlaşacaq. Eyni zamanda portalda müraciətləri təsdiqlənən tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.
Vüsalə Camal