Sosial şəbəkələrdə saxta kredit elanları ilə vətəndaşları aldadan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, sosial şəbəkələrdə bir neçə bank olmayan kredit təşkilatının rəsmi səhifəsinə bənzər saxta hesablar yaradaraq aşağı faizli kreditlər təklif edən 22 yaşlı Hacızeynal Hacıyev tutulub.Onun çox sayda vətəndaşı aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirdiyi müəyyən edilib. Zərərçəkənlər şəxsi və bank kartı məlumatlarını, həmçinin müxtəlif məbləğlərdə vəsaiti qarşı tərəfə göndəriblər. Şübhəli şəxs pulu əldə etdikdən sonra hesabları bloklayaraq məsuliyyətdən yayınmağa çalışıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
17 fevral 2026

