Sosial şəbəkədə tanış olduğu İran vətəndaşından narkotik alan şəxs saxlanılıb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. Yenikənd kənd sakini Maxsud Nəsirli rayonun Ərşəli kəndi ərazisində yaxalanaraq polis şöbəsinə gətirilib. Onun üzərinə və əlində olan bağlamaya keçirilən baxış zamanı 5 kiloqramdan artıq olan marixuana aşkar edilərək götürülüb. Nəsirli narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.
Azad Mustafayev