Sosial şəbəkə dələduzları saxlanılıb
Elan saytlarında mopet, playstation və mobil telefonların satışı ilə bağlı saxta məlumatlarla vətəndaşların pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə şikayətlər daxil olub. Səbail Rayon Polis İdarəsi əməkdaşları əməldə şübhəli bilinən 2001-ci il təvəllüdlü Rəşad Adışovu saxlayıblar.
Balakəndə isə sosial şəbəkədə tanış olduğu qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov yaxalanıb.
Vüsalə Cənnətova