Canlı
Sonuncu sınaq imtahanına qeydiyyat başlayıb

2018-05-16 / 12:11

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 10-da sonuncu sınaq imtahanı keçiriləcək. Qeydiyyat bu gün saat 10:00-dan başlayıb və 6 iyun saat 10:00-dək aparılacaq. Sınaq imtahanının 11 şəhər və rayonda keçirilməsi nəzərdə tutulur.

Ruhəngiz Hacızadə