Sonun başlanğıcı: 30 illik həsrətə son qoyan 44 günlük vətən müharibəsinin başlamasından 1 il ötür

2021-09-27 10:00

Vətən müharibəsinin başlamasından 1 il ötür. Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə əks hücum əməliyyatlarına başladı. Düşmən üzərində böyük üstünlük quran ordumuz elə ilk gündəcə düşmənin müdafiə xəttini yarmağı bacardı. Müzəffər ordumuz hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi işğaldan azad etdi. Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, 1 gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, Oktyabrın 17-si, 20-si və 25 ardıcıllığı ilə Füzuli, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi. Son olaraq 2020-ci il 8 noyabrda Azərbaycanın qədim şəhəri Şuşa 28 il 6 aydan sonra döyüş meydanında hərbçilərimizin böyük qəhrəmanlığı və şücaəti nəticəsində düşmən işğalından azad olundu. Bundan 2 gün sonra isə ermənistan kapitulyasiya aktına imza ataraq öz məğlubiyyətini qəbul etdi. İmzalanan sənədə əsasən, ermənilər noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonunu ordumuza təhvil verdi. Vətən müharibəsində ordumuz 2 907 şəhid verdi, minlərlə hərbçimiz yaralandı, 7 hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur.

Nərgiz camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik