Son sutkada Rusiyanın 7 hücumunun qarşısını alıb
2021-04-19 12:10
Son sutkada Rusiyanın 7 hücumunun qarşısını alıb. “Onların 10 tankı, 18 zirehli texnikası, 8 avtotmobil texnikası, 1 artilleriya sistemi, bir minaatanı, 2 təyyarə və 3 helikopteri məhv edilib”. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Rusiya ordusunun əsas hədəfinin Luqansk və Donetsk vilayətlərində müdafiəni yarmaq olduğu qeyd olunub. Rusiya hərbçiləri İzyum, Donetsk və Tavriya vilayətləri istiqamətlərində bütün cəbhəboyu hücum fəallığını artırıblar. Baş Qərargahdan o da bildirilib ki, döyüşlər nəticəsində qarşı tərəfin 20 800-ə yaxın hərbçisi zərərsizləşdirilib.
Vüsalə camal