Son sutkada Rusiyanın 5 tankı, 8 zirehli texnikası, 6 maşını və 8 artilleriya sistemi məhv edilib
2021-04-11 12:11
Son sutkada Rusiyanın 5 tankı, 8 zirehli texnikası, 6 maşını və 8 artilleriya sistemi məhv edilib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri Slobodan istiqamətində hərəkət etmək üçün hücum qoşunları qrupu yaratmağa davam edir. Bundan əlavə, qarşı tərəf Ukraynada döyüş əməliyyatlarında iştirak üçün şəxsi heyət, silah və texnikanın hazırlanması və göndərilməsini davam etdirir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 500-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Nərgiz camal