Son sutkada 97 nəfər COVID-19-a yoluxub
2020-10-05 16:09
Azərbaycanda koronavirus infeksiyasına 97 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Ümumilikdə aktiv xəstə sayı 1603 nəfərdir. Son sutka ərzində 3073 test aparılıb.
Fərid Mehdiyev