Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur
Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların sızması riskləri ilə bağlı dövlət və özəl qurumlara xəbərdarlıq edib.Kiberhücumlar nəticəsində məlumat sızmalarının əsas səbəbləri informasiya sistemlərinin zəif qorunması, təhlükəsizlik yenilənmələrinin gecikdirilməsi və giriş səlahiyyətlərinə nəzarətin yetərsiz olmasıdır. Agentlik qurumları təhlükəsizlik tədbirlərini yenidən qiymətləndirməyə və məlumatların mühafizəsini gücləndirməyə çağırıb. Qeyd olunub ki, məlumatların qorunması məsuliyyətinin üçüncü tərəflərə ötürülməsi qurumları bu öhdəlikdən azad etmir. Qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradır.
06 noyabr 2026

