Son beş gündə dünyada koronavirusa yoluxanların sayı gündəlik 400 mindən çox olur
2020-10-27 11:05
Son beş gündə dünyada koronavirusa yoluxanların sayı gündəlik 400 mindən çox olur. Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə, bu, pandemiyanın başlamasından bəri yoluxmanın ən uzun müddətli intensiv artımıdır. Bu arada Böyük Britaniya şirkəti ilə Oksford Universitetinin hazırladığı koronavirus vaksini, sınaqların üçüncü mərhələsində yaşlı şəxslərdə dayanıqlı immun reaksiyasına səbəb olub. 55 yaşdan yuxarı şəxslərin bədənində keçirilən sınaqların nəticəsində anticisimlər formalaşıb. Sınaqların yekun nəticələri bütün məlumatların analizindən sonra məlum olacaq.
Vəfa Şairova