"Son on ayda narkotik vasitələrin 95 faizindən çoxu Azərbaycana İrandan gətirilib" - Baş nazirin müavini
Bu ilin on ayı ərzində xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95 faizindən çoxu İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib. Bunu Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.