Son 25 ilin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb
2021-02-25 14:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı məşqçilərin siyahısını açıqlayıb. Qurum 1996-cı ildə start verdiyi ilin məşqçisi ilə bağlı səsvermələrin 25 illik yekununu dərc edib. Cədvələ şotlandiyalı Aleks Ferqyuson başçılıq edir. Portuqaliyalı Joze Mourinyo və fransalı Arsen Venger də ilk “üçlük”də yer alıb.
Vüsalə Camal