Canlı
Son 20 ildə təbii fəlakətdən ölən insanların sayı açıqlanıb

2018-10-10 / 18:03

Son 20 ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 1,3 milyon insan ölüb, 2,9 trilyon ABŞ dollarından artıq maddi ziyan vurulub. Bu barədə BMT-nin Təbii Fəlakətlər Təhlükəsini Azaltma Ofisinin məruzəsində bildirilir. 1998-2017-ci illər ərzində təbii fəlakətlərlə bağlı dünyadakı maliyyə itkiləri 251 faiz artıb. Təbii fəlakətlərdən zərər çəkən ölkələrin maliyyə ziyanı 2,908 trilyon ABŞ dolları təşkil edib ki, bunun da 77%-i meteoroloji hadisələrin payına düşür.

Fərid Mehdiyev