Son üç ildə 334 Azərbaycan vətəndaşı minaya düşüb
2020-ci il noyabrın 10-dan bu günədək 334 Azərbaycan vətəndaşı minaya düşüb. Onlardan 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb. Bu barədə Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında yazıb. Hacıyev 1991-ci ildən indiyə kimi ümumilikdə 3413 nəfərin mina qurbanı olduğunu qeyd edib.
Lalə Nəsib