Sloveniyada ilk dəfə qadın prezident seçilib
Sloveniyada keçirilən prezident seçkilərinin 2-ci turunda bülletenlərin 99,95 %-nin hesablanmasından sonra bitərəf namizəd, hüquqşünas Nataşa Pirs-Musar lider olub. Dövlət Seçki Komissiyasının məlumatına görə, o, 53,88 faiz səs toplayıb. Beləliklə, Musar ölkə tarixinə ilk qadın dövlət başçısı kimi düşüb.