Slovakiyadan Azərbaycana minatəmizləmə texnikası gətiriləcək
2021-10-19 14:00
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı da qəbul edib. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın qurumun etibarlı tərəfdaşı olduğu bildirilib.
Vüsalə camal