Siyəzəndə mikroavtobus aşıb, 10 nəfər xəsarət alıb
Şəmkirin Düyərli kəndində minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Sürücü, Tovuz sakini 1997-ci il təvəllüldlü İslam Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Siyəzənin Zarat kəndi ərazisində isə mikroavtobus aşıb. 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktlar araşdırılır.