Siyəzən və Balakəndə qəza olub, ölən və xasarət alanlar var
Siyəzənin Beşdam kəndində "Mercedes Vito" ilə "Opel" toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Balakəndə isə 1991-ci il təvəllüdlü Behalov Ramazan Maham oğlu idarə etdiyi "Mercedes E220" markalı avtomobillə Katex kənd sakini, 1970-ci il təvəllüdlü Heydərov Zəkəriyyə Arzuman oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Nərgiz Camalzadə