Siyəzəndə top mərmisi, Bakıda qumbara başlığı tapılıb
Siyəzənin Qalaşıxı kəndində döyüş başlıqlı 73 mm-lik top mərmisi aşkar edilib. Bakının Xətai rayonunda isə “UZRQM-2” tipli əl qumbarası başlığı aşkarlanıb. Hər iki sursat mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.