Siyəzəndə narkotik satan qardaşlar tutulublar
Siyəzəndə rayon sakinləri Musa və Seymur Paşayev qardaşları saxlanılıblar. Həmin şəxslərdə marixuana, heroin, metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunub. Digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri İlham Dadaşov və Vaqif Əliyev tutulublar. Həmin şəxslərdə külli miqdarda heroin, 30 ədəd metadon həbi və metamfetamin götürülüb.
Saatlının Sarıcalar kəndində isə Ağcabədi sakinləri Azər Həsənli və Həsən Hüseynov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqram 55 qram heroin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Onlar ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.
Nərgiz Camalzadə