Canlı
Siyəzəndə ötən il törədilən oğurluq hadisələrinin üstü açılıb

2018-02-13 / 18:04

Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Şəhər sakini Nazim Hüseynovun “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə ümumi dəyəri 870 AZN olan 3 mobil telefon və 2 gün eynəyi oğurladığı məlum olub. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb. Faktla bağlı ibtidai istintaq davam etdirilir.

Vüsalə Camal