Siyəzən sakinindən silah və çətənə kolları götürülüb
Siyəzəndə əməliyyat yolu ilə silah və 53 ədəd çətənə kolu aşkarlanıb. Rayon sakini Şahin Ağayevdən kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 39 kiloqram olan çətənə kolu ilə yanaşı 1 kiloqram marixuana və 1 ədəd tüfəng aşkarlanıb. Cinayət işi başlanılıb.
Şirvan rayonunda yabanı halda bitən 475 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Zülfiyyə Telmanqızı