Siyəzən rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib
2020-09-21 10:01
Siyəzən rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində 26 yaşlı Fariz Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına, sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev