Siqaret və spirtli içkilər müsadirə edilib
2020-03-04 16:02
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri avtomobillərlə gələn Azərbaycan vətəndaşları saxlanılıb və gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 6200 ədəd müxtəlif markalı siqaretlər və üzərində "Neft" yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.
Vüsalə Camal