Siqaret qaçaqmalçıları ifşa edilib
2020-02-03 18:05
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşlarının idarə etdiyi müxtəlif markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı maşınların gizli saxlanc yerlərindən 7000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev