Siqaret çəkmək istədi, özünü yandırdı

Tərtərdə siqaret çəkmək istəyən gənc ehtiyatsızlıqdan özünü yandırıb. 23 yaşlı Amil Qasımlı mazutlu əllərini benzinlə yuyub və siqaret yandırmaq istəyib. Bu zaman onun bədəni yanmağa başlayıb. Xəsarət alan şəxs dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Vəfa Şairova