Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib
Finlandiyanın milli aviadaşıyıcısına məxsus, Sinqapurdan Helsinkiyə uçan hava gəmisində sərnişinlərdən birinin səhhəti qəfil pisləşib, təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə Bakıdan Helsinkiyə yola düşüb.