Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər

2019-03-13 / 18:02

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, dağlıq ərazilərə isə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Vəfa Şairova