Silsilə oğurluqlar edən və narkotik satan 7 nəfər tutulub
Paytaxtda Səbail polisi avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanovu saxlayıb. Onların etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Digər tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər tutularaq isitntaqa təqdim edilib. Onların üzərindən heroin aşkar olunub.